Məzmuna keç

CC is a small nonprofit fighting for the open web. We need your support to continue our work. Donate today!

Atribut-QeyriKommersiya-Törəməsiz 2.5 Polşa

CC BY-NC-ND 2.5 PL

Sənəd

Bildiri

Bu, bu lisenziyanın köhnə versiyasıdır. Əvvəlki versiyalarla müqayisədə, bütün CC lisenziyalarının 4.0 versiyaları daha çox istifadəçi dostudur və beynəlxalq səviyyədə daha etibarlıdır. Öz işinizi lisenziyalaşdırırsınızsa , bunun əvəzinə 4.0 lisenziyasından istifadə etməyi tövsiyə edirik: Deed - Uznanie autorstwa - Użycie niekomercyjne - Bez Utworów Zależnych 4.0 Międzynarodowa

Siz heç bir məhdudiyyət olmadan:

  1. Paylaşmaq — materialı istənilən məlumat daşıyıcısında və ya formatda kopyalamaq və yenidən yaymaq
  2. Lisenziyanın şərtlərinə əməl etdiyiniz müddətcə lisenziya verən bu hüquqları ləğv edə bilməz

Aşağıdakı şərtlərə əməl etməklə:

  1. Atribut Müvafiq istinad verməli, lisenziyaya keçid əlavə etməli və dəyişikliklər edilib-edilmədiyini bildirməlisiniz . Siz bunu istənilən şəkildə edə bilərsiniz, lakin lisenziya verənin sizə icazə verdiyini göstərən formada yox.
  2. QeyriKommersiya — Siz materialdan kommersiya məqsədləri üçün istifadə edə bilməzsiniz.
  3. Törəməsiz — Materialı dəyişdirir, çevirir və ya əsasında yenidən qurursunuzsa , dəyişdirilmiş materialı yayımlaya bilməzsiniz.
  4. Əlavə məhdudiyyət yoxdur — Siz başqalarının lisenziyanın icazə verdiyi hər hansı bir hərəkəti qanuni olaraq məhdudlaşdıran hüquqi şərtlər və ya texnoloji tədbirlər tətbiq edə bilməzsiniz.

Bildirişlər:

Siz ictimai mülkiyyətdə olan materialın elementləri üçün lisenziyaya riayət etməli deyilsiniz və ya tətbiq olunan istisna və ya məhdudiyyətlə istifadənizə icazə verilir.

Heç bir zəmanət verilmir. Lisenziya sizə məqsədli istifadəniz üçün lazım olan bütün icazələri verməyə bilər. Məsələn, ictimailik, məxfilik və ya mənəvi hüquqlar kimi digər hüquqlar sizin materialdan istifadənizi məhdudlaşdıra bilər.

Creative Commons, yaradıcılara işlərini paylaşmağa imkan verən açıq lisenziyaların və digər hüquqi vasitələri yaradıcısı olan qeyri-kommersiya təşkilatıdır. Hüquqi alətlərimizdən istifadə etmək pulsuzdur.